Novxanıda SOCAR brendli yeni yanacaqdoldurma stansiyası İSTİFADƏYƏ VERİLİB

 06-03-2023

SOCAR brendli yeni yanacaqdoldurma stansiyası (YDS) istifadəyə verilib.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, “Aİ-92”, “Aİ-95” Premium və “Dizel” markalı yanacaq məhsullarının satışının həyata keçirildiyi və nağdsız ödənişlər üçün pos-terminalların fəaliyyət göstərdiyi stansiya Abşeron rayonu, Novxanı kəndində yerləşir.

“SOCAR Petroleum” QSC tərəfindən istifadəyə verilən YDS-də 20 yeni iş yeri açılıb. Yeni YDS-lər, eyni zamanda ölkəmizdə məşğulluq səviyyəsinin artırılmasına və əhalinin sosial rifahının yaxşılaşdırılmasına töhfə verir.

Yeni açılan YDS ilə birlikdə 5-i işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında olmaqla, ölkə ərazisində SOCAR brendli YDS-lərin sayı 46-ya çatdırılıb.

Sıxılmış təbii qaz (CNG) terminalına və şəbəkəsinə də sahib olan “SOCAR Petroleum” QSC ekoloji baxımdan əlverişli olan CNG yanacağının satışında ölkə üzrə liderdir.

Şirkətin starateji inkişaf planına uyğun olaraq, gələcəkdə YDS-lərin sayının artırılması gözlənilir.

socar socar1 socar2 socar3 socar4 socar5

Bənzər yazılar

0.27349615097046