Əməkdar rəssamı pulla iş həll etmək adı ilə ALDATDILAR: 15 min ALDILAR

 14-05-2022

Əməkdar rəssam Yelena Haqverdiyeva dələduzluğa məruz qalıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, dövlət qurumlarındakı sənədləşmə işlərini pul qarşılığında həll edə biləcəyini deyən Ələddin Atakişiyev tərəfindən aldadılıb.

Belə ki, Y.Haqevrdiyeva Ləhiş bağlarında yerləşən torpaq sahəsinə çıxarış almaqda köməklik etməsi üçün Atakişiyevə 15 min manat verib. Ə.Atakişiyev həmin pulu mənimsəyərək dələduzluq edib.

Ələddin eyni əməli daha 5 nəfərə qarşı törədib. Barəsində şikayət ediləndən sonra araşdırma başlanılıb. Külli miqdarda dələduzluq ittihamı ilə Ə.Ataklişiyevə qarşı cinayət işi başlanılıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, 1997-ci ildən Rəssamlar İttifaqının üzvü olan Y.Haqverdiyeva 2018-ci ildə “Əməkdar Rəssam” fəxri adına layiq görülüb.

Bənzər yazılar

0.34580302238464