“Kral Şir” cizgi filminin ssenaristi VƏFAT EDİB

 01-03-2023

“Kral Şir”, “Mulan” kimi məşhur cizgi filmlərinin ssenaristi Barni Mettinson 88 yaşında vəfat edib.

Qeyd olunur ki, o, “Walt Disney Company” və “Walt Disney Pictures”in təsisçisi olmuş Uolt Disney rəhbərliyi altında işləmiş sonuncu şəxs idi.

Barni Mettinson həmçinin “Gözəl və bədheybət”, “Ələddin”, ”Tarzan” kimi məşhur cizgi filmlərinin ssenaristi olub.

Mənbə: Deadline.com

Bənzər yazılar

0.51657104492188