“Xanımağa” ləqəbli Güniz Akkuşun ifadəsi ortaya çıxdı: Şəxsi şəkillərimi Sedat Pekerə satdılar.İstanbulda mütəşəkkil cinayət təşkilatına qarşı keçirilən əməliyyat çərçivəsində həbs edilən “Xanımağa” ləqəbli Güniz Akkuşun məhkəmədə ifadəsi alınıb.
MillətinSəsi.info Manset.az-a istinadən xəbər verir ki, Akkuş sevgilisi ilə söhbətlərinin və özəl görüntülərinin Sedat Pekerə satıldığını iddia edib.
Keçən ilin noyabrında İstanbulda mütəşəkkil cinayət təşkilatına qarşı keçirilən əməliyyat çərçivəsində həbs edilən və təşkilatın rəhbəri olduğu iddiası ilə 28 il həbs cəzası ilə mühakimə olunan Güniz Akkuşun məhkəmədə verdiyi ifadənin təfərrüatları məlum olub.
İstanbul Anadolu Baş Prokurorluğunun əmri ilə polis vəzifəsindən uzaqlaşdırılan və "Xanımağa" adı ilə tanınan Güniz Akkuş və 4 nəfər haqqında iddia açılıb. Prokurorluğun iddianaməsində şübhəlilər Güniz Akkuş, Cenk və qardaşı Zafer Çelik və Murat Akkuşun sosial şəbəkədə paylaşdıqları video yer alıb.
İddia çərçivəsində ifadələri alınan müttəhimlərdən Güniz Akkuş, şəxsi görüntüləri ilə şantaj edildiyini ifadə edib:
“Sürücüm olan Fırat Ş. adlı şəxs mənim sevgilimlə mesajlarımı, şəxsi görüntülərimi öz telefonuna göndərib və Sedat Peker və adamlarına pul qarşılığında satıb. Sedat Peker həmin görüntüləri öz adamları vasitəsilə Youtube-da paylaşdıraraq məni davamlı ölümlə təhdid etməyə başladı. Mən də dövlət böyüklərinin məsələyə diqqətini çəkmək üçün sosial şəbəkədə paylaşım etdim”- deyə o, bildirib.