“Filmin Qız Qalasının tarixi ilə əlaqəsi yoxdur”.
Bunu jurnalistlərə açıqlamasında “Qız Qalası” filminin premyerasında rejissor Mehdi Ağayev deyib.
Onun sözlərinə görə, filmdə toxunulan mövzu cəmiyyətimizin ən böyük problemidir:
“Bu mövzu ölkəmizdə cəmiyyətimizin problemidir. Hər bir insan gərək həyatda öz adamına rast gəlsin. Özü kimi biri ilə həyatını davam etsin, sevdiyi işlə məşğul olsun. Bu əsas problemlərdən biridir”.
M.Ağayev qeyd edib ki, bu təkcə bizim cəmiyyətin problemi deyil:
“Filmdəki mesajı cəmiyyyətimizə çatdırmaq bizim üçün çox vacibdir. Filmin mövzusunun Qız Qalasının tarixinə aidiyyəti yoxdur. İndi hər bir insanın öz seçimi var. Lakin səhv insanları seçirik”.
Nəzrin Vahid