Emin Əmrullayev müəllimlərin maaşlarının artırılmasından DANIŞDI  

 27-02-2023

Elm və təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında” imzalandığı bağlı mətbuat konfransı keçirir.

Milletinsesi.info-ın məlumatına görə, nazir bildirib ki, 2014-cu illə müqayisədə müəllimlərin orta əməkhaqları 267 manatdan 790 manata qədər artıb:

“2015-ci ildə bacarıqların diaqnostik qiymətləndirilməsindən keçən müəllimlərin dərs saatı 12 saatdan 18 saata, əməkhaqları isə iki dəfə artırılıb. Bu da ümumi müəllimlərin əməkhaqlarının orta hesabla 30 faizə yaxın artması deməkdir”.

E.Əmrullayev əlavə edib ki, sertifikasiyadan keçdikcə müəllimlərin əməkhaqları 790 manatdan 910 manata qalxacaq:

“İki-üç ildən sonra müəllimlərin orta aylıq əməkhaqlarının 1000 manatdan çox olacağını proqnozlaşdıra bilərik. Azərbaycanda müəllimlərin 52 faizi 500-1000 manat aralığında əməkhaqqı alır. 29 423 müəllim 1000-1500 manat, 3103 nəfər 1500-2000 manat, 216 müəllim isə 2000 manatdan çox maaş alır”. Xaricdə təhsil alan şəxslərin diplomlarının ölkəmizdə tanınması üçün yeni qaydalar qüvvəyə minib”.

Onun sözlərinə görə, bir sıra vacib dəyişikliklər var: “Əvvəl yalnız bakalavr və magistr diplomunu tanıyırdıqsa, indi isə xaricdə əldə olunmuş tam orta və orta ixtisas təhsili almış kvalifikasiyalarını tanıyacağıq”.

Nazir əlavə edib ki, artıq müsahibə mərhələsi ləğv edilir: “Əvvəllər nazirlik tərəfindən MDB ölkələrində təhsil alan şəxslərin bilik səviyyəsinin qiymətləndiriliməsi mərhələsi var idi və artıq bu yoxdur. Bunun əvəzində hüquqşünas, müəllim, mühəndis ixtisaslarını bitirənlər Dövlət İmtahan Mərkəzində imtahan verəcəklər.

Digər ixtisasları bitirənlərə və təhsil alan zaman həmin ölkədə olanlara elektron qaydada diplom veriləcək. Şəhadətnamələrə o cümlədən, mənim imzamla da saxtalaşdırılan şahadətnamələrə ehtiyac qalmayacaq. Fikrimcə, bu sahədə saxtakarlıq imkanı olmayacaq”, - deyə nazir əlavə edib.

E.Əmrullayev vurğulayıb ki, rus, ingilis, türk dillərində təqdim edilən sənədlərin notariatda tərcüməsinə ehtiyac qalmır. “Direktorların işə qəbulunda yenilik edilə bilər”.

Onun sözlərinə görə, gələcəkdə direktorların işə qəbulunda sertifikasiya nəticələri əsas götürülə bilər: “Direktor öz fənnini yaxşı bilən müəllimlər arasından seçilməlidir. Amma heç də öz fənnini yaxşı bilən hər adamdan direktor olmur. Azərbaycanda tələbə təqaüd yerlərinin sayı azalmayıb. Hər iki tələbədən biri təqaüd alır”.

Onun sözlərinə görə, bu, rəqəm ayrı-ayrı illər üzrə fərqlənir: “Əvvəlki illərlə müqayisədə dövlət sifarişlərin sayı artıb. Əvvəlki illərdə dövlət sifarişli yerlərdən əlavə 15 faiz ödənişli əsaslarla oxuyan tələbələrə təqaüd verilirdi. Dövlət sifarişli yerlərin sayı artdığı üçün əlavə təqaüdlərin sayı azalıb. Yəni, o təqaüdlər dövlət sifarişi ilə qəbul olanlara yönəlib. Yəni rəqəmlər dəyişməyib”.

Elm və təhsil naziri Emin Əmrullayev Türkiyədə zəlzələ bölgəsində təhsil alan azərbaycanlıların köçürülməsi məsələsi barədə açıqlama verib.

Nazir keçirdiyi brifinqdə bildirib ki, tələbə Azərbaycanda oxumaq üçün şərtləri ödəmirsə, bu, mümkün deyil: “Yalnız attestatla oxuyursa, onu burada qəbul edə bilmərik. Elə vətəndaşımız var ki, Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanda 20 bal toplayıb, attestatı var. Onda gərək onu da qəbul edək”.

Bənzər yazılar

0.26132607460022