Konfrans Liqasının pley-off mərhələsində Belçikanın “Gent” klubuna uduzaraq mübarizəni dayandıran “Qarabağ”ın futbolçuları gələcəyə ümidlə yanaşırlar.
Ağdam təmsilçisinin yarımmüdafiəçisi Qara Qarayev “Instagram” hesabında sözügedən görüşdən sonrakı videonu paylaşaraq davam edəcəklərini yazıb:
“Heç nə bitmir, davam edəcəyik”.
Komandanın müdafiəçisi Bəhlul Mustafazadə isə daha güclü geri dönəcəklərini düşünür. O, “Instagram” hesabının hekayə bölümündə komandanın fotosunu paylaşaraq bunları qeyd edib:
“Bu, son deyil. Biz daha güclü qayıdacağıq”.
“Qarabağ”ın hücumçusu Musa Qurbanlı da daha güclü qayıdacaqlarını yazıb. O, paylaşımında qeyd edib:
“Uğursuzluqlar hər zaman dərs olur. Əlimizdən gələni etdik, amma alınmadı. Başımızı dik tutacağıq. Daha çox mübarizə aparıb, komanda olaraq daha güclü qayıdacağıq”.
“Qarabağ” Bakıdakı ilk oyunda “Gent”i 1:0 məğlub etsə də, səfər matçında eyni hesabla uduzub. Penaltilər seriyasında daha dəqiq olan belçikalılar 1/8 finala yüksəliblər.