Stoltenberq: “NATO Rusiyanın eyni yolla getməsinə mane olmaq niyyətindədir”

 23-02-2023

NATO yeni təcavüzün qarşısını almaq üçün Ukraynadakı münaqişədən sonra Rusiyanın əvvəlki kursunu davam etdirməsinə mane olmaq niyyətindədir.

Bunu çərşənbə günü NATO-nun Baş katibi Yens Stoltenberq ABŞ prezidentinin iştirakı ilə Varşavada “Buxarest doqquzluğu” (Şərqi Avropa və Baltikyanı regionunun doqquz ölkəsi) dövlət başçılarının görüşündə çıxışı zamanı deyib.

“Biz Ukraynaya hərbi dəstəyimizi qoruyub saxlamalı və artırmalıyıq, qələbə üçün ona hər şeyi verməliyik. Müharibənin nə vaxt bitəcəyini bilmirik, lakin bitəndə tarixin təkrarlanmamasını təmin etməliyik”, - deyə alyans rəhbəri bəyan edib.

Stoltenberq qeyd edib ki, NATO Rusiyanın təşkilatın təhlükəsizliyini təhdid etməsinə icazə verə bilməz. O, NATO ərazisinin hər qarışını müdafiə edəcəyinə söz verib.

Mənbə: TASS

Bənzər yazılar

0.39894700050354