Dortmud “Borussiya”sının hücumçusu Erlinq Holand İngiltərənin “Mançester Siti” klubuna transfer olacaq.
MillətinSəsi.info xəbər verir ki, bu barədə məşhur idman jurnalisti Fabrizio Romano məlumat yayıb.
Jurnalist bildirib ki, Holand ötən gün “Siti”nin həkimləri ilə Belçikada tibbi testlərin ilk hissəsini tamamlayıb:
“”Mançester Siti” “Dortmund”a bu həftə sərbəstqalma məbləğini (şayiələrə görə 75 milyon avrodan aşağıdır) rəsmi olaraq aktivləşdirəcəklərini söyləyib”.
Sərbəst buraxılma maddəsi aktivləşdirildikdən sonra bu həftə həm “Siti”, həm də “Borussiya” transferi rəsmi elan edəcək.
F. Romano qeyd edir ki, 21 yaşlı futbolçunun həftəlik maaşı 375 min funt sterliq (təxminən 780 min AZN) olacaq. Müqavilə 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulacaq.