Riki Martindən zəlzələdən zərərçəkənlərə YARDIM ÇAĞIRIŞI: “Ürəyim parçalanır” - VİDEO

 15-02-2023

Puerto-Rikolu dünya şöhrətli müğənni Riki Martin Kahramanmaraşda baş verən iki güclü zəlzələdən sonra Türkiyə və Suriyada zərər çəkən uşaqlara yardım çağırışı edib.

Bununla bağlı o, özünün “Instagram” hesabından paylaşım  edib.

“Bilirsiniz ki, böhranlı vaxtlarda sakit qala bilmirəm. Zəlzələdən sonra Türkiyə və Suriyada gördüyümüz mənzərələr ürəyimi parçalayır”, - deyə o, paylaşdığı videoda deyib.

Musiqiçi olmaqla yanaşı, UNICEF-in xoşməramlı səfiri kimi də fəaliyyət göstərdiyini xatırladan Martin, hazırda zəlzələ bölgələrində vəziyyətin çox ağır olduğunu bildirib.

“Görüntüləri izləyirsiniz. Buna görə də kömək etməliyik”, - deyə ifaçı bildirib və UNICEF-in ianə kampaniyasının linkini paylaşıb.

Qeyd edək ki, latın ölkələrində pop kralı kimi tanınan musiqiçi 1990-cı illərdə çıxardığı albomlarla şöhrət qazanıb, “Grammy”, “Latin Grammy” də daxil olmaqla, çoxsaylı mükafata layiq görülüb.

Mənbə: Haber Global

Bənzər yazılar

0.43617486953735