Dublyaj aktyorundan Prezidentə TƏSİRLİ MÜRACİƏT – VİDEO

 13-02-2023

Tanınmış rejissor, dublyaj aktyoru Kamal Yaşar Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Bu barədə Kamal Yaşar öz feysbuk hesabında paylaşım edib.

O bildirib ki, uzun müddətdir həm səs sənətçisi, həm rejissor kimi çalışmağına baxmayaraq onlara diqqət ayrılmır, ciddi maddi sıxıntlar yaşayırlar:

“Bəlkə çoxları bilmir ki, mənim adım Kamal Yaşardır. Bu qədər işləməyimə rəğmən, hətta bəzən it səsi çıxarmağıma rəğmən insan kimi yaşaya bilmirəm. Mənim evlənmək üçün heç evim də yoxdur. Bir dəfə belə bir cəhd elədim ancaq, evim olmadığına görə evliliyim də alınmadı. Bu yalvarış deyil, bu ağlamaq deyil, bu sadəcə bölüşməkdir. Bu məmləkətdə bunu düzəldə biləcək daha kim var bilmirəm...”.

Ətraflı videoda:

Bənzər yazılar

0.47914004325867