“İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Keşəli” MMC (VÖEN – 1600100421) olub.
“Keşəli” MMC Dövlət Agentliyinə 5 milyon 73 min 881 manat 35 qəpik dəyərində “Şəkərli diabet xəstəliyi Dövlət Proqramı üzrə tibbi ləvazimat və sərfiyat malları” satacaq.
Məlumat üçün bildirək ki, “Keşəli” MMC 30 may 2002-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Bəkirov İlham Bəkir oğludur.