İqtisadiyyat naziri Mikayıl Cabbarov 9 May – faşizm üzərində Qələbə Günü münasibətilə özünün “Twitter” səhifəsində paylaşım edib.
Paylaşımda deyilir:
“9 May – faşizm üzərində Qələbə Günü münasibətilə səmimi təbriklərimi çatdırır, xoşbəxt və firavan günlər arzulayıram. Ölkəmizin bu tarixi qələbəyə verdiyi mühüm töhfələr hər birimizə daim qürur və fərəh hissi yaşadır”.