Sosial şəbəkədə İsmayıllıda zəlzələ baş verməsi ilə bağlı məlumat yayılıb.
APA xəbər verir ki, Türkiyədə baş verən zəlzələdən sonra belə məlumatın yayılması insanlar arasında təşvişə səbəb olub.
Məsələ ilə bağlı Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən açıqlamada bildirilib ki, yayılan məlumat şayiədir. Qeyd edilib ki, ümumiyyətlə, zəlzələ baş verən zaman bu barədə operativ olaraq mərkəzin saytında məlumat paylaşılır.