Şagirdlərin yaxasına “Georgi lenti” bağlanan məktəbin direktorunun HİMAYƏDARI KİMDİR?

 07-05-2022

Ötən gün Bakıda 164 nömrəli orta məktəbdə keçirilən 9 May – Qələbə Günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə iştirak edən şagirdlərin sinəsinə Rusiya imperiyasını simvolizə edən “Georgi lenti”nin yapışdırılması cəmiyyətdə və sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

Bəzi insanlar məktəb rəhbərliyini “Georgi lenti”nin mahiyyətindən xəbərsiz olduğunu güman etsələr də, böyük əksəriyyət bu fikirdə deyil. İddialara görə, şagirdlərin yaxalarına “Georgi lenti”nin yapışdırılması böyüməkdə olan nəsilin vətənpərvərlik ruhuna mənfi təsir edir.

Baş verən olaya Təhsil Nazirliyi hələ ki, münasibət bildirməyib.

Qlobal.az məsələ ilə bağlı maraqlı məlumat əldə edib.

Məlumata görə Təhsil nazirliyinin baş verən hadisəyə adekvat reaksiya verməməsinin əsl səbəbi məktəb direktoru Kəmalə Qədirovanın həyat yoldaşı ilə bağlıdır. Belə ki, K. Qədirovanın həyat yoldaşı Fərzəli Qədirov Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini vəzifəsində çalışır.

Fərzəli Qədirov eyni zamanda həm də Təhsil Nazirliyinin Appelyasiya Şurasının üzvüdür.

Fərzəli Qədirov 2021-ci ilin iyun ayında “Tərəqqi” medalı ilə təltif edilib.

Xatırladaq ki, 164 saylı məktəbin direktoru Kəmalə Qədirova 1983-cü ildən pedoqoji fəaliyyətlə məşğuldur.

Mənbə Qlobal.az

Bənzər yazılar

0.28831481933594