Hafiz Hacıyev: "Əhməd İsmayılov Əli Həsənov, Ramiz Mehtiyev yolunu davam etdirir"

 06-02-2023

Bir neçə gündür Media İnkişaf Agentiliyinin yaratdığı MEDİA Reyestrinə düşməyənlər jurnalist kimi faliyyət göstərə bilməzlər mövzusu demək olar ki, jurnalistlər arasında çox ciddi qalmaqala səbəb olub.

Ötən gün Repressiya və İşgəncələr Əleyhinə Komitənin ofisində toplaşan Müstəqil media qurumları demək olar ki, jurnalistlər media haqqında qəbul olunmuş qanunu legitimliyini tanımadılar və qanunun fəaliyyətinin dayandırılmasını tələb etdilər.

Əks halda onlar artıq bu cür toplantıları hansısa qapalı məkanlarda yox, Medianın İnkişaf Agentiliyinin villası qarşısında aksıya keçirmək barədı qərara gəliblər.

Məsələni Müasir Musavat partıyasının sədiri Hafiz Hacıyev bildirir ki, Əhməd İsmayılovun bu addımı müstəqil mediyaya qarşı yox, bütün Azərbaycan xalqına və əsasda dövlət başçısına qarşı olan addımdır.

Dünyada mediyaya önəmli yer verildiyi hazırkı dönəmdə Azərbaycanda bu cür yanlış qərarların verilməsi Azərbaycan mediasının dünyadan təcrid olunmasından başqa bir şey deyil.

Baş verənlərin xarakterindən aydın görünür ki, Əhməd İsmayılova tapşırıq verənlərin Vüqar Səfərliyə rəhbərlik edənlər elə eyni adamlardır. Ramiz Mehtiyev, Əli Həsənov və digərləri. Bunlar istəsəydi, mətbuat azadlığına böyük önəm verərdilər və təbii ki, inkişaf edən dünya bunu istəyir. Bunu etmək əvəzinə bunlar Rusiyadan gələn, Qərbin media prinsiplərinə qarşı yönəlmiş planları yerinə yetirirlər. Hər halda hazırda ölkənin media siyasətinə nəzarət edənlər, görünür, köhnə komandanın üzvüləridir.

Hakimiyyətdən vurulmuş və qisas hissilə alışıb yanan Ramiz Mehtiyevdən tapşrıq alıb, müstəqil mediani dövlət başçsı ilə üz-üzə qoyub, ləzzət alırlar. Bu da sona kimi davam etməyəcək, nə qədər gec deyil bu adamlat baş verən hallardan nəticə çıxarsınlar. 

Buradan səslənirəm, vicdanınız olsun mediyanı bu qədər basqı altında saxlayıb incitməyin. Dövlət başçısının üstünə qaldırmayın! Dünya bizə baxıb gülür. Müstəqil media nə yazır ki?

Bunların korrupsiyasından, bunların villalarından, pirezdentə etdikləri xəyanətdən təbii ki, bu da bəzi qüvvələrə sərf etmir. Əhməd İsmayılovun özünün mətbuatdan adi anlayışı belə yoxdur. Azərbaycanda nə qədər müstəqil media Reaksıya.TV Kanal13.Tv və başqa adların sadalamadığım kanallar, saytlar var heç biri reystr qeydiyyatına alınmayıb, bu qədər hədsizlikmi olar?!

Bu adam kimin adamdır ki, gətirib qoyublar ora, halbuki ora səviyyəli bir adam otursaydı, tamam başqa, normal mənzərə olardı. Mediadan anlayışı olmayan adamı gətirib itələyiblər medianın içinə, oda köhnə dəllallar qabağına nə qoyurlar, ağlna-bozuna baxmadan icra edir.

Qərbi Azərbaycanda əlində kabab satanlar indi gəlib özünə media şəbəkəsi qurub, aylıq paket alır.  Rüşvətxor məmurların verdiyi tulapayına görə, ölkənin siyasətçilərini və mustəqil mediasını ləkələməklə məşguldurlar.

Hahfiz Hacıyev "Media haqqında" qanundan və Medianın İnkişafı Agentliyinin fəaliyyətindən bəhs edərkən dediyi kimi: ."..bunların da sonu Əli Həsənov, Ramiz Mehtiyev kimi olacaq"...

Mənbə AZƏRBAYCANREALLIĞI.COM

Bənzər yazılar

0.23339796066284