Danimarkalı səyyah: “Şuşada doğulmuş mədəniyyət xadimləri haqqında oxumuşam”

 04-02-2023

“Şuşaya gəlməzdən öncə şəhərin tarixi haqqında oxudum”.

APA xəbər verir ki, bunu azad edilmiş ərazilərə səfər edən Danimarkadan olan səyyah Maqnus Nilsen Şuşa qalasına səfərində jurnalistlərə açıqlamasında deyib.

O, şəhərin mədəniyyət xadimləri haqqında da məlumatlı olduğunu bildirib.

“Xüsusən də burada doğulmuş şair, musiqiçilərin həyatı barədə məlumatlarla tanış oldum. Mənim üçün həqiqətən də Cıdır düzündə və Şuşa qalasında olmaq çox böyük təəssüratlar yaratdı. Cıdır düzünə gedəndə qeyri-adi mənzərənin şahidi olduq. Şuşanın qala divarları çox maraqlıdır. Qalanın ölkənin tarixi baxımından əhəmiyyətli olduğunu görürük. Mən bura beş, on ildən sonra da gəlmək istəyirəm”, - deyə səyyah bildirib.

Xarici səyyah ümid edib ki, tezliklə bütün şuşalılar burada yaşamağa başlayacaqlar.

Bənzər yazılar

0.13899397850037