Azərbaycan millisinin sabiq futbolçusu Nazim Süleymanova Rusiya “Ximki”sində yeni vəzifə verilib.
Klubun rəsmi saytında verilən məlumata görə, 58 yaşlı mütəxəssis əvəzedici komandanın baş məşqçisi təyin olunub.
O, daha əvvəl “Ximki”nin U-19 komandasına rəhbərlik edirdi.
Qeyd edək ki, Nazim Süleymanov ötən ilin sentyabrından Rusiya klubunda çalışır.