Hansı universitetlərin diplomları ÖLKƏMİZDƏ TANINMIR? - VİDEO

 03-02-2023

Bu gün 3 səbəbdən abituriyentlər xarici ölkələrə üz tuturlar.

Ya Azərbaycanda keçirilən qəbul imtahanlarında yetərli bal toplamırlar, ya qəbul olduqları ixtisas onları qane etmir, ya da daha yüksək keyfiyyətli təhsil üçün xarici universitetləri seçirlər.

Ölkəmizdə qəbul imtahanında yetərli bal toplamayanların əksəriyyəti xarici universitetlərə pulla girirlər.

Geri döndükdə isə çoxunun diplomu tanınmır.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən isə bildirilib ki, quruma diplomların tanınması ilə bağlı 297 müraciət daxil olub, onlardan 54-ü imtina alıb.

Qeyd edək ki, ölkəmizdə diplomu tanınmayan ölkələr Ukrayna, Gürcüstan və Rusiyadır. Diplomların tanınmamasının əsas səbəblərindən biri isə tələbələrin təhsil aldıqları müddətdə qaydalarda göstərilən zaman kəsimində həmin ölkədə olmamalarıdır.

Daha ətraflı APA TV-nin süjetində:

Bənzər yazılar

0.44988489151001