Gəncə Şəhər Birləşmiş Xəstəxanasına yeni direktor TƏYİN OLUB

 02-02-2023

İlkin İsmayılov Gəncə Şəhər Birləşmiş Xəstəxanasına yeni direktor təyin olunub.

“Report”un məlumatına görə, o, bu təyinatadək Gəncə şəhər Abbas Səhhət adına 1 saylı Xəstəxananın baş həkimi işləyib.

İxtisasca ümumi cərrah olan İlkin İsmayılov, 2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. İ.İsmayılov 2009-cu ildə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında, 2009-2016-cı illərdə isə Qazi Universitetinin Ümumi Cərrahiyyə kafedrasında fəaliyyət göstərib. 

Xatırladaq ki, Nazim Məmməd oğlu Əhmədov bir neçə gün əvvəl Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru vəzifəsindən azad edilib.

 

 

Bənzər yazılar

0.4879629611969