Bakıda 173 saylı orta məktəbin qarşısında şagirdi döyüb QOLUNU SINDIRIBLAR

 31-01-2023

Bakıda məktəbin qarşısında baş vermiş xuliqanlıq hadisəsi zamanı şagirdin qolu sınıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Yasamal rayonu N.Tusi adına 173 saylı orta məktəbin qarşısında olub.

N.Nərimanov küçəsində - məktəbin qarşısında Əli adlı şəxs xuliqanlıq zəminində 2008-ci il təvəllüdlü A.Quliyevi (ad-soyad şərtidir) döyüb. Nəticədə həmin məktəbin şagirdi olan yeniyetmənin qolu sınıb.

O, xəstəxanaya aparılıb və qolu gipsə salınıb.

Hadisə ilə bağlı polisə məlumat verilib.

Fakt üzrə Yasamal RPİ-nin 26-cı Polis Bölməsində araşdırma aparılır.

Bənzər yazılar

0.20197796821594