Ötən gün uşaqlarını sığınacağa ataraq gedən qadının görüntüləri yayılıb.
Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.
O qeyd edib ki, dünən uşaqlarını sığınacağa qapıdan tələsik verib gedən qadının görüntülərini ictimailəşdirməkdə məqsəd qadının səhər gəlib polis işçilərinə, eləcə də sığınacaq işçilərinə qeyri-etik ifadələr işlədərək uşaqları geri götürmək istədiyini bildirməsidir:
“Biz uşaqları qadına vermədik. Uşaqları yalnız yerli icra hakimiyyətinin qərarından sonra qadına təhvil verə biləcəyimizi bildirdik. Bundan əlavə, qadın uşaqları və özünü benzinlə yandıracağı ilə bağlı hədələr işlətdi”.