Bakı Dövlət Universitetində qış semestr imtahanı zamanı tələbələr liftdə qalıblar.
Bu barədə “Facebook”dakı “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb.
“Bakı Dövlət Universitetində imtahana gedən tələbələr liftdə qalıblar”, - deyə məlumatda bildirilib.
Bakı Dövlət Universiteti qış semestr imtahanı zamanı tələbələrin liftdə qalması ilə bağlı yayılan görüntülərə münasibət bildirib.
BDU-nun mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, yayılan videogörüntülər yeni deyil: “İstənilən yaşayış binası və ya müəssisədə olan texnikada müvəqqəti nasazlıq yarana bilər. Belə hal olan kimi dərhal aradan qaldırılır”.