Zəngilana Prezidentin xüsusi nümayəndəsi TƏYİN OLUNDU: Vahid Hacıyev KİMDİR?

 04-05-2022

Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı Prezident.az məlumat yayıb. 

Sərəncama əsasən, Vahid Rasim oğlu Hacıyev “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə müəyyən edilmiş Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Vahid Hacıyev bu təyinatadək “Agro Dairy” şirkətinin idarə heyətinin sədri vəzifəsini tutub.

Sözügedən şirkətə 2 il rəhbərlik edən V. Hacıyev, həmçinin törəmə şirkət olan “Agro Dairy Operation” MMC-nin rəhbəri olub.

O, daha əvvəl neft sektorunda fəaliyyət göstərib. Belə ki, Vahid Hacıyev 13 il “BP Azerbaijan”də müxtəlif yüksək vəzifələrdə çalışıb. Onun bu şirkətdə sonuncu vəzifəsi şirkətin Ticarət Əməliyyatları Kəşfiyyatı üzrə biznes meneceri, daha əvvəl isə aparat rəhbəri postu olub.

Bənzər yazılar

0.21086382865906