Fransadakı Azərbaycanın Dostları Assosiasiyası İrandakı səfirliyə HÜCUMU PİSLƏYİB

 27-01-2023

Fransada fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyası ölkəmizin İrandakı səfirliyinə qarşı terror hücumunu hiddətlə pisləyib.  

Bu barədə Milletinsesi.info-a assosiasiyadan məlumat verilib.

Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jerom Lamberin adından yayılmış bəyanatda bildirilib ki, bu səhər Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə edilən müdhiş hücum xəbərini dəhşətlə və böyük kədər hissi ilə qarşılayıblar.

“Silahlanmış şəxs mühafizəçinin başına soyuqqanlılıqla atəş açıb, nəticədə bir nəfər qətlə yetirilib, iki nəfər yaralanıb. Biz təcavüzkarı nəzarət altına almağı bacarmaqla qırğına son qoymuş əməkdaşlardan birinin qəhrəmanlığını və cəsarətini xatırlamalıyıq. Azərbaycanın Dostları Assosiasiyasının bütün üzvləri həlak olan səfirlik əməkdaşının ailəsinə, eləcə də bu çətin dövrdə xüsusi həssaslıqla yanaşdığımız bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirlər”, - deyə bəyanatda qeyd edilib.

Bənzər yazılar

0.45547819137573