“İran buna cavab verməlidir” - Əfşar Süleymani səfirliyə HÜCUMDAN DANIŞIB

 27-01-2023

“İranda Azərbaycan səfirliyinə hücum edilməsi haqda xəbəri yeni oxudum. Detallar haqqında məlumatım yoxdur. Bildiyim odur ki, bir nəfər vəfat edib, bir nəfər yaralanıb. Bu, çox pis hadisədir”.

Bunu Teleqraf.com-a İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani deyib.

Keçmiş səfir əlavə edib ki, İran dövləti buna cavabdeh olmalıdır: “Səfirliyə hücum etmək ən pis işlərdən sayılır, terror hadisəsidir”.

Qeyd edək ki, bu gün Tehranda Azərbaycan səfirliyinə silahlı hücum edilib. Hadisə nəticəsində mühafizə rəisi şəhid olub, onun iki həmkarı yaralanıb.

Bənzər yazılar

0.48077082633972