Zimbabvedə zənginlər üçün yeni paytaxt TİKİLƏCƏK

 27-01-2023

Zimbabve hakimiyyəti ölkənin yeni paytaxtı olacaq futuristik “Cyber ​​​​City” şəhərinin tikintisinə sərmayə qoymağa hazır olan investorları axtarır.

Planlaşdırıldığı kimi, şəhər indiki paytaxt Hararedən 18 kilometr aralıda salınacaq. Burada milli parlamentin, prezident sarayının və ölkənin mərkəzi bankının yeni binaları, o cümlədən Ali Məhkəmənin binası, birja və digər obyektlər tikiləcək. Layihəyə göydələnlər, ticarət mərkəzləri və yalnız imkanlı vətəndaşların ala biləcəyi 250-yə yaxın dəbdəbəli villalar daxildir.

Zimbabvedə hər gün 19 saat elektrik enerjisi kəsildiyi üçün şəhərin öz günəş elektrik stansiyasının tikintisi də planlaşdırılır.

Layihəyə 500 milyon dollar sərmayə qoyan milyarder investor Şədci ül Mülkün sözlərinə görə, artıq üç villa satılıb. Yeni paytaxt Dubaya bənzəyəcək və bütövlükdə futuristik şəhərin tikintisi 60 milyard dollara başa gələcək.

Qeyd edək ki, Hararendə praktiki olaraq yüksək keyfiyyətli yollar yoxdur, zibillər nadir hallarda təmizlənir, şəhərətrafı ərazilərdə su təchizatı yoxdur və elektrik enerjisi demək olar ki, daim kəsilir.

Mənbə: lenta.ru

Bənzər yazılar

0.45578694343567