Sabirabadda axtarışda olan 34 yaşlı kişinin MEYİTİ TAPILIB

 26-01-2023

Sabirabadda axtarışda olan 34 yaşlı kişinin meyiti tapılıb.

“Report”un məlumatına görə, Saatlı rayonunun Cəfərxan kənd sakini, 1989-cu il təvəllüdlü Şükürov Sübhan Ümidvar oğlunun meyiti Sabirabad rayonunun Qaratəpə kəndi ərazisində aşkar edilib.

İlkin məlumata görə, S. Şükürov yanvarın 24-də evdən çıxıb bir daha qayıtmayıb. Onun tapılması istiqamətində axtarışlar aparılırmış.

Mərhumun ruhi xəstə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

0.48331880569458