Xudatda sahibsiz itin dişlədiyi şəxslərin sayı 8-ə ÇATDI

 01-05-2022

Xudat şəhərində sahibsiz itin dişlədiyi şəxslərin sayı artıb.

MillətinSəsi.info xəbər verir ki, hadisə Xudat şəhəri və ətraf kəndlərdə baş verib.

Belə ki, eyni gündə Xudat şəhərində sahibsiz itin dişlədiyi şəxslərin sayı artaraq 8 nəfərə çatıb. Bu siyahıya 1991-ci il təvəllüdlü Kənan İslam oğlu Hümmətovu, 1965- ci təvəllüdlü Cavid Məhəmməd oğlu Şıxverdiyevi, 2013-cü il təvəllüdlü Rəsul Renat oğlu Mikayılovu, 1968-ci il təvəllüdlü Rovşən Əmirbaba oğlu Heybətovu və 1971-ci il təvəllüdlü Ramik Əlihüseyn oğlu Nəsirovu,.1962-ci il təvəllüdlü Əmişov Rövşən Savat oğlu, 2013-cü il təvəllüdlü Kərimova Aynur Bəhruz qızı və 1992-ci il təvəllüdlü Babayev Ceyhun Yanvar oğlu it dişləyib.

Rayon sakinləri bildiriblər ki, Xudat küçələrində gəzən quduz olduğu ehtimal olunan, boğazında xaltası olan ağ rəngli Qafqaz çoban itinin hucumuna məruz qalıblar. Yaralılar hamısı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların hamısına lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurularaq yaraları tikilib.

Aidiyyatı qurumlar insanlara xəsarət yetirən itin zərərsizləşdirməsi istiqamətində hələ müvafiq tədbirlər görməyiblər. Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

0.55705595016479