Bakıda "Location" gecə klubdakı partlayış nəticəsində ciddi yanıq xəsarətləri alan bloger Aysel Şükürova paylaşımı ürək dağlayıb.
MillətinSəsi.info Bizim.Media-a istinadən xəbər verir ki, Aysel uzanıqlı vəziyyətdə ayaqlarındaki olan dəhşətli yanıq xəsarətlərini telefonunun kamerasına həkk edərək, sosial şəbəkə hesabında yayımlayıb.Daha əvvəl hər iki ayağından 4 dəfə əməliyyat olunduğunu bildirən Şükürova "Ayaqlarım, canım ağrayır. Nə etsəm də baş verənləri unuda bilmirəm, yadımdan çıxmır. Canımdan qorxu çıxmır. O günü unutmaq istəyirəm" sözlərini yazıb.
Xatırladaq ki, bir müddət əvvəl Aysel Şükürova açdığı canlı yayımların birində Türkiyəyə əməliyyata gedəcəyini açıqlamışdı.
Qeyd edək ki, aprelin 3-də baş vermiş hadisə nəticəsində 4 nəfər həyatını itirib (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova, klubda əylənənlərdən 1999-cu il təvəllüdlü Fərqanə Eynullayeva, aşpaz, 2001-ci il təvəllüdlü Gülbala Abdullayev, ofisiant, 21 yaşlı Ayxan Fətullazadə), 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə də ziyan dəyib.
Bloger Aysel Şükürovanın paylaşımı ÜRƏK DAĞLADI - VİDEO
01-05-2022