Gənclər Fondunun işçisi yarım milyonu NECƏ MƏNİMSƏYİB? - ŞÜBHƏLİ MƏQAMLAR

 18-01-2023
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri kimi təqdim edilən Cəbrail Fərzəliyevin həbsi və hansı təşkilatlarda fəaliyyət göstərməsi ilə bağlı özəl məlumatlar əldə etmişik.
 
Tribunainfo.az-a verilən informasiyada bildirilir ki, Cəbrail Fərzəliyev Gənclər Fondunun işçisi olub. Eyni zamanda, YAP Gənclər Birliyinin aparatında da fəaliyyət göstərib.
 
Məlumata görə, o, Gənclər Fondunun rəhbəri Fərid Cəfərovun və "Kapital bank”ın şikayəti əsasında həbs edilib. C.Fərzəliyev 527 min manat mənimsəmədə ittiham olunur.
 
Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə ibtidai istintaq başa çataraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Fərid Namazovun sədrliyi ilə araşdırılacaq. Xəbərlərə görə, Fərzəliyev bir müddət öncə videomüraciət yaysa da, sonradan həmin kadrlar yığışdırılıb. Ən qısa zamanda sözügedən videomüraciəti yaymağa çalışacağıq.
 
Qlobal.az xəbər verir ki, Gənclər Fondu bir sıra lotlar üzrə dövlət satınalmaları həyata keçirən qurumlardandır. 
 
Bir neçə il öncə Gənclər Fondunun şübhəli satınalmaları barədə məlumat vermişdik. 
 
Qeyd edək ki, Gənclər Fondunun Müşahidə Şurasının sədri Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusif Məmmədəliyevdir.

Bənzər yazılar

0.49892997741699