Sabiq nazir Namiq Nəsrullayev DÜNYASINI DƏYİŞİB

 17-01-2023

Uzun sürən xəstəlikdən sonra Namiq Nəsrullayev 78 yaşında dünyasını dəyişib.

Namiq Nəsrullayev 1945-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1995-ci ildə Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini təyin edilmişdir.

1996-cı ildə Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin edilmiş və 2001-ci ilin aprel ayına qədər bu vəzifədə çalışmışdır.

N. Nəsrullayev 2001-ci ildə Hesablama Palatasının ilk sədri təyin edilmiş və 2007-ci ilə qədər bu vəzifəni icra etmişdir.

Bənzər yazılar

0.14320492744446