Bakıda gənc ana azyaşlı qızı ilə İTKİN DÜŞÜB

 17-01-2023

Bakıda ana və qızı itkin düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə müraciət daxil olub. Bildirilib ki, Əbilov küçəsində yaşayan 1994-cü il təvəllüdlü Ə.Əliyeva yanvarın 16-da saat 14 radələrində azyaşlı qızı ilə birgə yaşadığı evi tərk edib və geri qayıtmayıb.

Ana və qızının fotoları və xarakterik əlamətləri polisə təqdim edilib.

Müraciətlə bağlı araşdırma aparılır.

Bənzər yazılar

0.31466794013977