Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubovun oğlunun hesabına stop qoyulub.
“Unikal.org”ın əldə etdiyi məlumata görə, Yaqub Eyyubovun ölkədən çıxararaq Latviyanın paytaxtı Riqa şəhərindəki bankda oğlunun adına qoyduğu bir milyard dollar vəsait dondurulub.
Məsələ ilə bağlı Gununsesi.info Yaqub Eyyubovdan açıqlama alıb. Dövlət rəsmisi oğlunun xaricdə bir milyard dollarının dondurulması xəbərinə bir cümlə ilə cavab verib: “Nə pul, nə 1 milyard… Kim deyir bunu?”.
Xatırladaq ki, Yaqub Eyyubov baş nazirin birinci müavini kimi hökumətin Silahlı Qüvvələrə nəzarət edən mühüm şəxsidir. O hərbi təlimlərdə, eləcə də bir sıra yoxlama-nəzarət prosesində iştirak edib.
Onu da qeyd edək ki, bir müddət öncə Müdafiə Nazirliyinin Maliyyə idarəsinin bir neçə yüksək rütbəli zabitləri külli miqdarda vəsaitin mənimsənilməsi ilə bağlı həbs edilib.
Qeyd edək ki, ittihamla bağlı hələlik heç bir rəsmi açıqlama yoxdur.