Dənizkənarı Milli Parkda dənizdə BATAN ŞƏXS XİLAS EDİLİB - VİDEO

 12-01-2023

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində bir nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb ediliblər.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində 1992-ci il təvəllüdlü Cəfərov Sədi Sahib oğlu dalğıclar tərəfindən xilas edilib.

Bənzər yazılar

0.46182894706726