Bir neçə gündür ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.
“Report” xəbər verir ki, yanvarın 8-i axşam saatlarından başlayaraq isə Naxçıvan şəhərinə ilk qar yağıb.
Şəhərə bu gecə yarısından başlayaraq yağan ilk qarın hündürlüyü iki santimetr olub.
Muxtar respublikanın dağlıq bölgələrində isə yağıntı intensiv xarakter alıb. Dağlıq bölgələrdə qarın hündürlüyü beş santimetrə çatıb.