Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən tarixi Şamxal hamamı baxımsız vəziyyətdədir.
1883-cü ildə inşa edilmiş tikili Allahın ümidinə tərk edilib. Qapı-pəncərəsi, tavanı, divarları dağılmış vəziyyətdə olan tarixi memarlıq abidəsi tamamilə istifadəyə yararsızdır.
Nə vaxt restavrasiya olunacağı, ümumiyyətlə, planda belə bir addımın olub-olmadığı isə bəlli deyil.
PhotoStock.az-ın məkandan hazırladığı fotoreportajı təqdim edirik:
Daha çox şəkil burada: PhotoStock.az