“Sehrli Yeni il” adlı iki günlük bayram proqramı TƏQDİM OLUNUB

 28-12-2022

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, Dövlət Sosial Müdafiə Fondu Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin birgə əməkdaşlığı nəticəsində 27-28 dekabr tarixində Yeni il və 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə xeyriyyə məqsədli “Sehrli Yeni il” adlı iki günlük bayram proqramı təqdim olunub.

Milletinsesi.info xəbər verir ki, tədbirdə  hər gün 120 nəfər olmaqla, həssas əhali qrupuna aid 250-yə yaxın uşağın iştirakı təmin edilib.

Tədbirin birinci hissəsində uşaqlar üçün sehrbazların, dj-lərin, Yeni ilin ənənəvi qəhrəmanlarının iştirakı ilə əyləncəli proqram, köpük şousu nümayiş olunub. Abdulla Şaiqin sevilən əsəri əsasında Mərkəzin benefisiarlarının və rəqqasların ifasında səhnələşdirilmiş “Tülkü həccə gedir” tamaşasının premyerası keçirilib. Tamaşanın quruluşu səhnə ifaçılığı istiqaməti üzrə təlimçimiz Əbdülqəni Əliyevə məxsusdur. Səhnə əsərindəki əsas personajları Əli Əsədov, Fərid Firyazzadə, Aslan Məmmədov, Rəşid Mikayılov, Ləman Məmmədova, Babək İsmayılov, Fatimə Məmmədova canlandırır. Səhnə libaslarını mərkəzin dərzilik, modelyerlik studiyasında təlim alan benefisiarlarımız ərsəyə gətirib.

“Mc Donalds Azərbaycan” şirkəti, “Ağ çiçəyim”, “Sensum by Amapola” və Azərbaycan Badminton Federasiyasının təşkilati dəstəyi ilə gerçəkləşdirilən tədbirdə uşaqlara müxtəlif hədiyyələr, bayram sovqatları paylanılıb.

Tədbir çərçivəsində ilin yekunları və həssas əhali qrupuna aid şəxslərə göstərilən sosial-psixoloji dəstək istiqamətində əldə olunan nəticələrə dair mətbuat konfransı da təşkil edilib.

Bənzər yazılar

0.14558601379395