ABŞ-də Eri gölünün sahilində yerləşən yaşayış məntəqələrindən biri güclü şaxtalar nəticəsində tamamilə buzla örtülüb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə şəhər buz dövrünü xatırladır.
Qeyd edək ki, ABŞ-nin böyük bir hissəsində şaxtalı hava şəraiti davam edir və qar fırtınası yaşanır.
Yerli meteoroloji xidmətlər əhaliyə diqqətli olmağı, ehtiyac olmadığı təqdirdə küçəyə çıxmamağı tövsiyə edib.