Ermənistanda qadını öldürməkdə şübhəli bilinən Rusiya vətəndaşı SAXLANILIB

 25-12-2022

Ermənistanın Gümrü şəhərində həmyerlisini qətlə yetirməkdə şübhəli bilinən Rusiya vətəndaşı saxlanılıb.

“Report”un məlumatına görə, bu barədə Ermənistan İstintaq Komitəsinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 1985-ci il təvəllüdlü rusiyalı qadını qətlə yetirməkdə şübhəli bilinən şəxsin 2002-ci il təvəllüdlü Rusiya vətəndaşı olduğu müəyyən edilib.

Həmin şəxsin saxlanıldığı və cinayətin işinin açıldığı qeyd olunub.

Bənzər yazılar

0.14634394645691