Prezident İlham Əliyev Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb.
MillətinSəsi.info xəbər verir ki, təltif edilənlərin arasında əslən azərbaycanlı milyarder Qod Nisanov da var. O “Dostluq” ordeni ilə təltif olunub.
Qod Nisanov iş adamı, «Kiyev meydanı» şirkətinin və «Saffa İnstruments» Açıq Səhmdarlıq Cəmiyyətinin idarə heyətinin sədridir.
Qod Nisanov 1972-ci ilin 24 noyabrında Azərbaycanın Quba şəhərində şəhər yəhudilərinin ailəsində anadan olub. Onun atası konserv zavodunun direktoru alıb.
Qod ilk olaraq maliyyə-kredit kollecini bitirib, daha sonra isə o, təhsilini Bakıda yerləşən hüquq institutunda davam etdirib. Yalnız təhsilini bitirəndən sonra Qod ailəsinin əlaqələri sayəsində neft binesinə daxil ola bilir. O zaman o, Azərbaycan neftinin nəqli ilə məşğul idi və satışların müəyyən bir qisminə nəzarət edirdi.
1990-cı ildən etibarən Qod Nisanov Moskvada biznes ilə məşğul olmağa başlayır. O, AST Telman İsmayılovun heyətində çalışıb. 1992-ci ildə öz yerlisi Zarah Əliyevə pərakəndə ticarətdə yardım edir. Zarah Əliyev ilə Qod Qubada uşaqlıqdan tanış idilər.
2000- 2005-ci illərdə almazların emalı üzrə MMC «Daymond katters» şirkətində çalışıb.
2001-ci ildə tərəfdaşlar Lyublinoda «Moskva» adlı ticari yarmarka kompleksini açırlar.
2005-ci ildə Zarah Əliyevə və Qod Nisanova məxsus olan şirkət Moskva hökuməti tərəfindən keçirilən auksionda «Ukraina» mehmanxanasını alır.
2006-ci ildə Kiyev vağzalının yaxınlığında «Avropa» ticarət kompleksi açılır.
2007-ci ildə Dövlət Dumasının millət vəkili vəzifəsinə namizəd olmuşdu.
2009-cu ildə Moskva höküməti Çerkizovski bazarını bağlayır.
Evlidir, üç övladı var.