Prezident İlham Əliyev Liviya rəhbərinə milli bayram münasibətilə MƏKTUB GÖNDƏRİB

 24-12-2022

Azərbaycan Prezidenti İlham Əliyev Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfiyə təbrik məktubu ünvanlayıb.

Biu barədə Prezident.az məlumat verib.

Məktubda deyilir:

“Zati-aliləri, ölkənizin milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Liviya xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

Bənzər yazılar

0.20936989784241