Kamran Əliyevdən yeni TƏYİNATLAR

 20-04-2022

Baş Prokurorluqda kadr islahatı olub.

Baş prokuror Kamran Əliyev əmrinə əsasən Ağsu rayonuna yeni prokuror təyin olunub.

Əmrə əsasən, Elnur Cəfərov Ağsu rayon prokuroru vəzifəsinə gətirilib. O, əvvəllər Sumqayıt şəhər prokurorunun müavini vəzifəsində çalışıb.

Ağsu rayon prokuroru Rəşad Mansurov isə tutduğu vəzifədən azad edilərək Salyan rayon prokuroru təyin edilib.

Bundan başqa, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Emil Kərimov tutduğu vəzifədən azad edilərək Oğuz rayon prokuroru təyin olunub.

Baş prokuror Kamran Əliyevin digər əmrinə əsasən Xocalı Rayon Prokuroru Şahin İmanov vəzifəsindən azad olunub.

K.Əliyevin digər əmri ilə, o, Daşkəsən Rayon Prokuroru təyin edilib. 

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Əvəz Əliyev isə Xocalı Rayon Prokuroru vəzifəsinə təyinat alıb.

Baş prokuror Kamran Əliyev başqa bir əmrinə əsasən, Daşkəsən rayon prokuroru Maarif Hüseynov tutduğu vəzifədən azad olunub.

K.Əliyevin digər əmri ilə o, Tovuz rayon prokuroru vəzifəsinə təyin edilib.

Bundan başqa, Tərtər rayonunun hərbi prokuroru işdən çıxarılıb.

Bununla bağlı Baş prokuror Kamran Əliyevin əmrinə əsasən, Tərtər rayon hərbi prokuroru Hümmət Məmmədov tutduğu vəzifədən azad edilərək, Respublika Hərbi Prokurorluğunun Hərbi Prokurorluqlarda İstintaqa Nəzarət şöbəsinin rəisi təyin edilib.

Baş prokurorun digər əmri ilə Respublika Hərbi Prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə polkovnik-leytenantı Emin Vəliyev tutduğu vəzifədən azad edilərək, Tərtər rayon hərbi prokuroru təyin olunub.

 

Bənzər yazılar

0.19728803634644