Bu gün Xalq artisti Fərəc Qarayevin DOĞUM GÜNÜDÜR

 19-12-2022

Bu gün Azərbaycanın Xalq artisti, bəstəkar Fərəc Qarayevin dünyaya göz açdığı gündür.

Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin oğlu olan Fərəc Qarayev 1943-cü ildə dekabrın 19-da Bakı şəhərində anadan olub. 1966-cı ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsini (professor Q.Qarayevin sinfi) bitirib.

Bir çox bədii istiqamətlər və müxtəlif bəstəkarlıq texnikaları Qarayevin yaradıcılığının müxtəlif dövrlərinə təsadüf edir. Buraya neoklassisizm və serializm, puantilizm və sonoristika, instrumental teatr və s. aiddir.

Dünyada ilk dəfə “Qodonun intizarı” üçün simfonik musiqini professor Fərəc Qarayev yazıb. Onun musiqiləri bir çox ölkələrdə keçirilən müxtəlif festival və konsertlərdə ifa olunur.

“Qоbustаn kölgələri”, “Kаlеydоskоp” və s. əsərlərin müəllifi olan bəstəkarımızı təbrik edir, uzun ömür, cansağlığı arzulayırıq.

Bənzər yazılar

0.44132804870605