Ölkənin dərman monopolistlərindən biri, 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən deputat seçilən Kəmaləddin Qafarovun biznesinin əlindən alınması ilə bağlı iddialar var.
Xəbəri “Qlobal.az” yayıb.
Bildirilir ki, Milli Məclisdəki fəaliyyəti ilə yanaşı həm də Milli Onkologiya Mərkəzinin direktor müavini olan Qafarov dərman bazarında yaratdığı qiymət xaosu ciddi narazılıqlar yaradıb.
Onun və digər dərman bazarında söz sahibi olan deputatların bu sahədən uzaqlaşdırılması gündəmə gəlib.
Son günlər Azərbaycan apteklərində satılan dərmanların keyfiyyətinin aşağı və qiymətlərinin baha olması ilə bağlı mətbuatda və televiziyalarda məlumatlar yer alır. Ümumilikdə ekspertlər bu sahədə xaotik bir vəziyyətin olduğunu hökm sürdüyünü deyirlər.
Görünür, Kəmaləddin Qafarovun adı da gündəmə təsadüfən gəlməyib.
İqtisadiyyat Nazirliyinin kommersiya qurumlarının dövlət reyestri məlumatları əsasında Qafarovun ailə şirkətlərinin bəziləri haqqında çıxarışlara baxaq.
1.Kəmaləddin Qafarova bağlı ailə şirkətlərinin ən başında “AZƏRİ MED” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ gəlir. Niyə ən başında? Çünki “Azəri Med” onun baş direktor müavini olduğu mərkəzin şübhəli tenderlərində aktiv tərəfdaşdır.
Şirkət ayrıca Əhməd Rəcəbli küçəsindəki AzeriMed “Tibbi Market”də tibbi ləvazimatların və avadanlıqların satışını həyata keçirir, bütün ölkəboyu şəbəkələşmiş “ZƏFƏRAN” apteklərinə və “ZƏFƏRAN HOSPİTAL”ı idarə edir.
Qanuni təmsilçisi Kəmaləddin Qafarovun yaxın qohumu CANİLYA QAFAROVA RƏHİM qızıdır.
2. Qafarovun ailə biznesində ən çox diqqət çəkən isə VERSAL PALACE şadlıq evidir. Olduqca dəbdəbəli və gözqamaşdırıcıdır. Şadlıq sarayı 7-ci mikrorayonda, A. Kunanbayev 57 ünvanında yerləşir və “VERSAL PALACE” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (VÖEN nömrəsi 1402942941) tərəfindən idarə olunur. Qanuni təmsilçisi Kəmaləddin Qafarovun qardaşı CƏLALƏDDİN QAFAROV NƏSRƏDDİN oğludur.
3. “VERSAL PALACE” MƏNZİL-TİKİNTİ KOOPERATİVİ –Bakının Babək prospektində və Ağ Şəhərdə (10 bloklu, 7 mərtəbəli, 118 mənzilli) çoxmərtəbəli yaşayış komplekslərinin tikintisini həyata keçirir.
4. “KANON” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
Bu şirkət üzərindən Qafarovlar ailəsi Kanon apteklər şəbəkəsinə sahibdir. Apteklərin yerləşdiyi ünvan:
-Bakı şəhəri, X.Məmmədov 32 A,
-Yasamal rayonu Şərifzadə küçəsi 100,
-Şamaxı şəhəri,
-Sabunçu rayonu, Bakıxanov ŞTQ E.Xəlilov 1,
-Sabunçu, S.Qocayev 142, bina 1,
-Nəsimi rayonu, A.Mirqasımov 2,
-Ağdam rayonu Quzanlı, H.Əliyev prospekti,
-Səbail Rayonu. Əhməd Cavad Ev 32 M1 M2,
-Bakı şəhəri, Əhməd Cavad 32,
-Sumqayıt, 2-ci mkr, Sülh küçəsi,
-Nizami rayonu Keşlə qəsəbəsi M.Ə.Sabir küçəsi 44D,
-Nəsimi rayonu 3018 məhəllə, Hüseynbala Əliyev küç 24a,
-Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, 4C,
-Yasamal rayonu, Şərifzadə 314 B
-Nəsimi rayonu, Hüseynbala Əliyev 156 A,
-Nəsimi rayonu, Asif Məhərrəmov 119A,
-Lənkəran, Həzi Aslanov küçəsi,
-Lənkəran, Nizami küçəsi,
-Gəncə, Atatürk prospekti,
-Quba şəh, Fətəlixan küç. Ev 6A,
-Biləsuvar, Kanon – Aran apteki,
-Ucar rayonu Ucar şəhəri Oğuz küçəsi ev 106.
-Xətai rayonu, H.Salmani küç, 5 saylı bina 1-ci mərtəbə
5. ”SHAFRAN” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ Qanuni təmsilçisi Kəmaləddin Qafarovun əmisi oğlu HÜSAMƏDDİN QAFAROV ŞƏMSƏDDİN oğludur.
6. “AVESTAFARM” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 7.. “MEGA PHARMACY” MƏHDUD MƏSULİYYƏTLİ Cəmiyyəti
8. “NATURALİST” FƏRDİ FİRMASI - Firmanın qanuni təmsilçisi Kəmaləddin Qafarovun qaddaşı CƏLALƏDDİN QAFAROV NƏSRƏDDİN oğludur. Əczaçılıq sahəsində fəaliyyət göstərir, ayrıca aptekləri var.
9. HELİOS PHARMA LTD qonşu Gürcüstanda əczaçılıq sahəsində fəaliyyət göstərir. Şirkət Tiflisin İsani-Samqor rayonu, Qorqasali küçəsi 41 ünvanında hüquqi qeydiyyatdadır, Tamara Qamzaşvili adlı gürcü qadın tərəfindən idarə olunur.
10. SALİDONT LTD 2 ay əvvəl, 2019-cu ilin noyabrın 7-də Kiprin cənubunda (yunan hissəsi) yerləşir və şirkətin idarə olunması PATRİCİA STİLİANOY adlı yunana həvalə olunub.
Məsələ ilə bağlı Kəmaləddin Qafarovdan mövqe öyrənmək mümkün olmayıb, deputat zənglərə cavab verməyib.
Mənbə Qlobal.az