Nazir Ceyhun Bayramov: “Ermənistan Azərbaycana qarşı qarayaxma kampaniyası aparır”

 12-12-2022

“Sentyabrın ortalarında delimitasiya olunmamış dövlət sərhədi boyunca təxribatdan sonra Ermənistan normallaşma gündəliyini pozmaq üçün Azərbaycana qarşı qarayaxma kampaniyasına başladı”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 12-də Avropa İttifaqı Şərq Tərəfdaşlığı XİN başçılarının görüşündə deyib.

O bildirib ki, Ermənistanın revanşist davranışının təşviqində müəyyən üçüncü tərəflərin rolu da ciddi narahatlıq doğurur: “Çünki bu, Ermənistanı hərbi təxribatları və döyüş ritorikasını gücləndirməyə sövq edir”.

Bənzər yazılar

0.19794201850891