DSMF inzibati bina layihələndirməsinə 237 min manat ÖDƏYƏCƏK

 12-12-2022

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) keçirdiyi tender müsabiqəsinin qalibi “AİM Texas Trading” MMC-nin Azərbaycandakı filialı olub.

Yeniavaz.com xəbər verir ki, Fond Həsən bəy Zərdabi 80 ünvanında inşası nəzərdə tutulan yeni inzibati binasının layihələndirmə işlərinin satın alınmasına görə, “AİM Texas Trading” MMC-yə 237 min 998 manat 92 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, “AİM Texas Trading” MMC-nin Azərbaycandakı filialının qanuni təmsilçisi Merih Tandır. Şirkət 13 mart 2018-ci ildə dövlət qeydiyyatına alınıb.

Müəllif Elnur Əli
Mənbə Yeniavaz.com 

Bənzər yazılar

0.19822907447815