Şəbnəm "Həci"sindən danışdı: "Mən arıqlayanda, aramızda dava düşür" - VİDEO

 17-04-2022

"Açıq deyim ki, çox bahalı geyinmirəm. 10.000 manatdan tutmuş 2500 manata qədər geyimlərim var".

MillətinSəsi.info Bizim.Media-a istinadən xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu "Xəbər-Ətər" səhər şousuna müsahibəsində deyib.

Sənətçi həyat yoldaşının əvvələr olduğu kimi indi hədiyyə almadığından gileylənib:  

"Həyat yoldaşım "Həci" əvvəllər adi günlərdə belə mənə idman geyimi alırdı. O, naharda evə gəlib "Aşkım sənə idman ayaqqabısı almışam. Bax gör, xoşuna gəlir?" və ya "Sənə gör necə gözəl eynək almışam" deyirdi. Amma indi heç bir hədiyyə yoxdur. Nə bilim, niyə yoxdur? Hədiyyə barədə söz düşəndə deyir ki, "bu boyda sənə oğul hədiyyəsi vermişəm".

"Mən arıqlayanda, aramızda dava düşür" deyən Tovuzlu fikirlərini belə davam edib.

"Qadına da xoş gəlmir, kişi ona "xoşuma gəlmir" kəlməsini deyəndə. Məcbur yeyirəm. Həyat yoldaşım özünə fikir verən adamdır. O, idmançıdır. Boyu-buxunu yerində olan bir kişidir. Ailəmizdəki qadınlar əksəriyyəti alma yanaqdır, ətlidirlər. Mənə isə arıq olmaq heç yaraşmır".

Müxbirin Şəbnəmin oğlu Əliyə ünvanladığı "Böyüyəndə kim olmaq istəyirsən? sualına "Həci olmaq istəyirəm" deyə cavab verib.

 
Müəllif Rəşad Əliyev

 

Bənzər yazılar

0.21713709831238