Vasif Əliyev Göygöl Mərkəzi Xəstəxanası baxımsız stadionu xatırladır - FOTOLAR

 16-04-2022
Göygöl rayon Mərkəzi Xəstəxanasının qazon örtüyünün xeyli hissəsi məqsədli şəkildə sıradan çıxarılıb. Xəstəxananın direktoru Vasif Əliyevin özbaşınalığı artıq o dərəcədə bərq vurub ki, səhiyyə müəssisəsinin ərazisində illərlə qorunub saxlanılan yaşıllıq zolaqları maşınlar üçün qanunsuz parkovka yerinə çevrilib, büdcə hesabına və ölkə prezidentinin qayğısı sayəsində tikilib ərsəyə gələn məkan səliqəsiz, baxımsız stadionu xatırladır.

Demokratik.Az-a bu barədə verilən məlumata görə, xəstəxananı əhatə edən həmişəyaşıl örtük Vasif Əliyevin biganəliyi sayəsində sapsarı saralıb. Xəstəxananın həyətindəki ağaclara da qulluğun arxa planda qalması, qazon örtüyü və ağacların vaxtında suvarılmaması, dekorativ ağacların budanmaması xəstəxana kollektivilə yanaşı, pasientlərin də narazılığı ilə qarşılanır. Xəstəxananı gəzərkən adamı mənfi aura bürüyür.

 
Son illərdə müşahidə edilən nöqsanın səbəbi kimi o da iddia edilir ki, direktor Vasif Əliyev xəstəxanada bağban ştatına yerləşdirdiyi bir neçə qeyri-tibb işçilərinin işə gəlmədən "maaş almalarına" şərait yaratdığı üçün acı nəticə ortaya çıxıb.

 
Axı, TƏBİB səhiyyə nazirliyindən normal vəziyyətdə təhvil almış olduğu xəstəxananı niyə bu abıra salmalıdır? 
 
Təəssüf edirik ki, 25 may 2009-cu ildə prezident cənab İlham Əliyev tərəfindən açılışını etdiyimiz Göygöl MRX-nin zəngin maddi-texniki bazası və kollektivi TƏBİB-in və yarıtmaz direktor Vasif Əliyevin ümidinə buraxılıb. Təəssüf ki, 5 hektardan artıq xəstəxana ərazisi də beləcə əsir-yesir günə qalıb.

Baş verənlərin təbii ki, bir adı var - Dövlət əmanətinə və hippokrat andına XƏYANƏT!


 
Müəllif Osman Nərimanoğlu
Mənbə Demokratik.Az

Bənzər yazılar

0.25800204277039