Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
Nazir bu barədə “Twitter“ hesabında paylaşım edib.
“Qardaş Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu iclası çərçivəsində görüşdük. Ölkələrimiz arasında gündəlikdə duran məsələlər və gələcək addımlarımızı müzakirə etdik. Hər zaman bir yerdə, “BirMillətİkiDövlət Azərbaycan-Türkiyə”,- deyə paylaşımda qeyd edilib.
Qardaş Türkiyənin xarici işlər naziri @MevlutCavusoglu ilə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu iclası çərçivəsində görüşdük. Ölkələrimiz arasında gündəlikdə duran məsələlər və gələcək addımlarımızı müzakirə etdik. Hər zaman bir yerdə, #BirMillətİkiDövlət ????????-???????? pic.twitter.com/5xDhmXTeNU
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) November 30, 2022